Suriya yeni konstitusiya hazırlayır – Rusiyanın himayəsində

Suriya Konstitusiya Komitəsinin ikinci toplantısı keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda 150 nəfərlik ümumi heyətdən seçilmiş 45 nəfərlik konstitusiya hazırlayacaq qrup iştirak edib. Müxalif qrup İdlibdə mülki əhalinin qorunması çağırışı edib.

Rusiya XİN rəhbəri Sergey Lavrov isə bildirib ki, hansısa qruplar komitənin fəaliyyətini pozmaq istəyir. Onun sözlərinə görə prosesin uğursuz olmasını istəyən və bundan sonra Suriyaya hərbi müdaxilə üçün zəmin yaratmağa çalışan qruplar var.

Lavrov yeni konstitusiyanın sürətlə hazırlanmasına çağırış edib.

Suriyada keçid prosesini hazırlayacaq Konstitusiya Komitəsinin ilk toplantısı noyabrın əvvəlində olub. 150 nəfərlik qrupun 50 üzvünü hökumət, 50 üzvünü müxalifət. 50 üzvünü isə müstəqil vətəndaş cəmiyyəti nümayəndələri təşkil edir. Hər heyətdən isə 15 nəfər olmaqla 45 nəfərlik konstitusiya yazacaq qrup formalaşdırılıb. Bu komitə yeni konstitusiyanı hazırlamalı, daha sonra bu sənəd qəbul olunmalı və BMT-nin nəzarəti altında Suriyada yeni seçkilər keçirilib hökumət formalaşdırılacaq.