ABŞ Hərbi Hava Qüvvələri Suriyanın İdlib şəhərinin yaxınlığına bir neçə hava zərbəsi endirib.
Yeniçağ.Az-ın məlumata görə, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Ceff Devisin bəyanatında deyilir.
Hava zərbələri nəticəsində 11 “Əl-Qaidə” üzvü məhv edilib.
ABŞ-ın Müdafiə Nazirliyinin yaydığı məlumata görə, terrorçulardan Əbu Hani əl-Məsri adlı biri Üsamə bin Laden və Ayman əz-Zəvahiri də daxil olmaqla bir neçə “Əl-Qaidə” lideri ilə əlaqədə olub.
Yeniçağ.Az