Suriyada ABŞ-İran-Rusiya OYUNU: “Çalışacaqlar ki, qeyri-stabillik olsun”

“İran, ABŞ, Rusiya çalışacaq ki, Suriyada qeyri-stabillik olsun”.

Bu sözləri Suriyadan sonra növbəti hədəfin İran olması iddiasını Yenicag.az-a dəyərləndirən politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Suriyadakı proses İranda təkrarlanmayacaq:

“Suriya məsələsi Türkiyənin gündəmində idi. Bir öl öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir məlumat vermişdi ki, Suriyada əməliyyat olacaq. ABŞ Türkiyənin bu fikrinə qarşı oldu və ona görə də bu əməliyyat qaldı. Söhbət Türkiyənin sərhədlərinin qorunmasından gedirdi”.

“İnanmıram ki, Suriyadan sonra hədəf İran olsun. İrana kim hücum edəcək? Çünki Suriya məsələsi hələ bitməyib. Türkiyə çalışacaq ki, orada stabillik, vahid dövlət olsun. Suriya məsələsi İran və Rusiyanın gücsüzlüyünü bir daha nümayiş etdirdi. Suriyada baş verənlər Rusiyanı məcbur edəcək ki, Ukraynada müəyyən bir anlaşmaya getsin”, – deyə o, əlavə edib.

Onun fikrincə, İran, ABŞ, Rusiya çalışacaq ki, Suriyada qeyri-stabillik olsun:

“Türkiyə o əraziyə yaxındır. Türkiyə istəyəcək ki, Suriya ərazisində yenidövlətlər yaranmasın. Gələcəkdə Suriya hadisələri İrana təsir edə bilər. Tramp dönəmindən sonra İrana təzyiqlər çoxalcaq. Yeni sanksiyalar tətbiq olunacaq. Qarşıda İsrail Türkiyə, İsrail dünya dövlətləri münasibətləri durur”.

Səxavət Məmməd