Suriyanın şimalında Cerablus ərazisində minalanmış avtomobil partladılıb.
Yenicag.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Partlayış zamanı yaxınlıqdakı obyektlərə də ziyan dəyib. Təhlükəsizlik qüvvələri bunun terror aktı olduğunu bildiriblər. Hadisənin YPG/PKK terrorçuları tərəfindən törədildiyi bildirilir.
Suriyada ikinci partlayış isə paytaxt Dəməşqdə baş verib. Hadisə zamanı 2 nəfər ölüb. Onların azyaşlı olduqları bildirilir.