Suriyada ardıcıl partlayışlar: 30 ölü, 70-dən çox yaralı – VİDEO

Suriyanın İdlib şəhərində arıdıcıl partlayışlar baş verib.

Yenicag.az xəbər verir ki, ardıcıl 4 partlayışdan sonra ilkin məlumata görə, 30 nəfər ölüb, 70-dan çox yaralı var. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Partlayış nəticəsində ətrafdakı binalara da ciddi zərər dəyib.

Rəsmilər partlayışın bomba yüklü maşınlarla həyata keçirildiyini istisna etmirlər.