Qurban bayramı ilə əlaqədar Suriyada atəşkəs elan olunub.
Atəşkəs rejimi yerli vaxtla saat 18.45-də qüvvəyə minib.
Qeyd edək ki, atəşkəs elan olunması barədə razılaşma sentyabrın 10-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında keçirilən 13 saatlıq görüşdən sonra əldə edilib.