!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada atəşkəs olacaqmı? – Şərh        

!Reklam – Yazi

suriya abs rusiyaElxan Mehtiyev: “Heç kim atəşkəs razılaşmasını Suriyada davam edən müharibədən stabilliyə keçidin bir mərhələsi kimi qəbul etmir”

Suriyada atəşkəs barədə nəhayət ki, Rusiya ilə ABŞ arasında razılıq əldə olunub. Razılığa əsasən fevralın 27-də atəşkəs rejimi qüvvəyə minir. Burada göstərilir ki, atəşkəs rejimi ancaq İŞİD və ən-Nüsrə terror təşkilatlarına şamil edilmir.

Görəsən, bu razılıq fonunda nəhayət ki, Suriyada proseslərin müsbətə doğru cərəyan edəcəyini görmək mümkün olacaqmı? Yoxsa, atəşkəs də sadəcə olaraq kağız üzərində qalan quru sözlərdən ibarərt olacaq?

Politoloq Elxan Mehtiyev Yenicag.az-a açıqlamasında bildirdi ki, əldə olunan atəşkəs razılaşmasını hələlik Suriyada müharibədən stabilliyə keçidin başlanğıc mərhələsi kimi qəbul etmək tezdir: “Hələlik heç kim, nə siyasilər, nə də ekspertlər əldə olunan atəşkəs razılaşmasını Suriyada 5 il davam edən müharibədən stabilliyə keçidin bir mərhələsi kimi qəbul etmir. Hələ də burada Rusiyanın fəaliyyəti Əsədin mövqeyini gücləndirmək və ona qarşı olan qüvvələrin tutduqları əraziləri boşaltmasına doğru istiqamətlənməkdə davam edir. Onların bu uğurları müəyyən dərəcədə Əsəddə əminlik yaradıb. Bu gün, sabah hakimiyyətdən gedən Əsəd artıq müəyyən ərazidə hakim mövqe tutan bir güc formasına salınıb. O biri tərəfdən, humanitar fəlakət nəticəsində ABŞ və Avropa aciz qalaraq, Rusiyanın atdığı addımlar qarşısında ortaya bir mövqe qoymayıblar. Yəni onlar daha çox əvvəlki mövqelərindən, yəni Əsədin hakimiyyətdən qeyd-şərtsiz getməsi, devrilməsi tələbindən geri çəkilərək, başqa bir mövqe ortaya qoyublar.  Atəşkəsin imzalanması, sabitliyin yaranması və quru qüvvələri hesabına İŞİD hərbi qruplaşmasının məhv edilməsi istiqamətinə yönələcək. Bu proses uğurla başa çatarsa, Suriyada seçkilərin keçirilməsi və ölkədə yeni dövlət quruluşu müəyyən ediləcək. Lakin hələ ki, İŞİD və atəşkəsə qoşulmayan başqa hərbi qruplaşmalar qalmaqdadır. Bu baxımdan atəşkəs kövrək bir haldır. Ancaq Obama ilə Putinin görüşməsi məsələdə konsensusa gəlmək  baxımından önəmlidir. Yəni  atəşkəs razılaşması ilə ona qoşulmayan qüvvələrə qarşı mübarizədə ümumi bir cəbhənin formalaşmasına aparan bir gəlişmə ortaya çıxır”.

ELÇİN

www.yenicag.az

932
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv