Suriyada bomba yüklü avtomobil partladıldı – Ölənlər var

Hələbin şərqində, Mənbic şəhərinin kənarında bomba yüklü avtomobilin partlaması nəticəsində 15 nəfər həlak olub, daha 15 nəfər isə yaralanıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın Mülki Müdafiə Xidməti bildirib.

İlkin məlumata görə, minalanmış avtomobil tarlalarda işləməyə gedən qadınları daşıyan avtomobilin yanında partlayıb./unikal