Suriyada “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri məhv edilib

861770b8444dbd944739aae945011d2cSuriya hərbçiləri Hələb şəhəri yaxınlığında “Cəbhə ən-Nüsrə” terror qruplaşmasının lideri misirli Əbu Süleyman əl-Masrini məhv ediblər.

Bu barədə “Sputnik” agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, terrorçu Hələb şəhəri yaxınlığındakı Təl-əlKarsani yaşayış məntəqəsi uğrunda gedən döyüşdə öldürülüb.

“Cəbhə ən-Nüsrə” qruplaşması “Əl-Qaidə” terror təşkilatının Suriyadakı qolu hesab edilir(APA).