Suriyada daha bir iranlı general öldürüldü

9fed0c54-8885-4b8a-9307-8b248633dd71_292İran İnqilab Keşikçiləri Qvardiyasının Suriyadakı rəhbərlərindən biri, briqada generalı Seyid Səyyah Tahiri öldürülüb.

Bu haqda İran Silahlı Qüvvələrinin Baş Qərargahına aid “Defapress” saytı məlumat yayıb.

Məlumata görə, S.S.Tahiri 1980-1988-ci illərdə İran-İraq müharibəsində döyüşən komandirlərdən biri olub. Onun Suriyada öldürülüdüyü yer və tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, bundan əvvəl də Suriyada İranın bir neçə generalı öldürülüb.(report)