Suriyada dəhşətli faciə – hərbi təyyarə evlərin üstünə düşdü

1425546278Suriya ordusuna məxsus hərbi təyyarənin ölkənin şimal-qərbindəki Erixa yaşayış məntəqəsinə düşməsi nəticəsində 20 nəfər ölüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, faciə nəticəsində onlarla insan xəsarət alıb.

Yerli sakinlərin məlumatına görə, təyyarə MİQ-23 qırıcısı olub.

Qeyd edək ki, İdlib yaxınlığında yerləşən Erixa şəhəri Suriya ordusunun əsas dayaq məntəqələrindən biri olub. Bu ilin mayında isə müxalif qüvvələr və bölgədəki silahlıların əlinə keçib.