Suriyada dörd Rusiya hərbçisi öldürülüb

Fevralın 16-da Suriya ərazisində 4 Rusiya hərbçisi öldürülüb.

Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Hərbçilərin avtomobilinin kənardan idarə olunan mina vasitəsilə partladıldığı bildirilir.

Hadisə zamanı daha 2 nəfər yaralanıb. Avtomobil Suriya ordusunun karvanı ilə birlikdə Tiyas aerodromundan Homs şəhərinə gedirmiş.

Yeniçağ.az