!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada iki azərbaycanlı ailə öldürüldü

!Reklam – Yazi

1505221e-super-169Naməlum təyyarələrin aviazərbələr endirməsi nəticəsində Suriyanın Deyr-Əz-Zor vilayətində uşaqlarla birgə iki azərbaycanlı ailə öldürülüb.

Bu barədə “Syrian Observatory for Human Rights” təşkilatının yaydığı məlumatda bildirilir. Məlumata əsasən aviazərbələr Deyr-Əz-Zor vilayətinin Mayadin qəsəbəsinə endirilib. Bu aviazərbələr zamanı Azərbaycandan olan iki qadın 6 uşaqları ilə birgə öldürülüb.

Qeyd edək ki, Mayadin qəsəbəsi İŞİD terror təşkilatının nəzarətindədir. Azərbaycanlı ailə Mayadının mərkəzində binanın uçması nəticəsində ölüb.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda “İslam Dövləti” İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində “İslam Xilafəti” yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib(Azvision).

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv