Suriyada iki erməni öldürüldü

qaqadafafSuriyanın Kamışlı bölgəsində terrorçular və özünü müdafiə dəstələrinin döyüşləri zamanı iki erməni öldürülüb.

Bu barədə Suriyada nəşr olunan erməni qəzeti `Qandzasar` yazıb.

Məlumata əsasən ölən şəxslər Kamışlı sakinləri – Tovmas Minasyan və Akop Manukunyandır.

Kamışlının yaşayış məntəqələrinin raket atəşinə tutulması nəticəsində xeyli sayda insan ölüb və yaralanıb.

Nəşr yazır ki, Suriyada vətəndaş müharibəsi başlayana qədər bu ölkədə 60-70 min erməni yaşayıb. (Azvision)