Suriyanın Hələb şəhərində İran ordusunun daha bir komandiri öldürülüb.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri qvardiyasının “Tedmür İmha” taborunun komandanı Həsən Əkbəri Suriyanın şərqində gedən döyüşlərdə həlak olub.
Məlumata görə, o, 1980-1988-ci illərdə İran-İraq müharibəsində də iştirak edib və döyüşlərdə yaralanıbmış.
Suriyada 5 ildir davam edən döyüşlərdə Bəşşar Əsəd rejiminə dəstək verən İranın 15 generalı və çoxlu sayda əsgəri öldürülüb.
Yenicag.az