Türkiyə Silahlı Qüvvələrinin əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda şəhid olub.
Yeniçağ.Az-ın “APA” -ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, 1 əsgər şəhid olub, 5-i yaralanıb.
Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına 2016-cı il, avqustun 24-də başlayıb.
Yeniçağ.Az