Suriyada kənd bombalandı: Bir ailənin 11 üzvü öldürüldü

Beynəlxalq koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor əyalətində yerləşən Əş-Şafaə kəndinə hava zərbələri endirib.

Yenicag.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bombardıman nəticəsində 11 nəfər həyatını itirib.

Qeyd olunur ki, ölənlərin hamısı bir ailənin üzvləridir.

COP29