Suriyanın İdlib vilayətinin Xan Şeyxun şəhərində kimyəvi silahdan istifadə nəticəsində ən azı 27 uşaq ölüb.
Yeniçağ.Az-ın xəbərinə görə, bu məlumatı BMT-nin Uşaq Fondu (UNİCEF) da təsdiqləyib.
“Suriyanın şimal-şərqində İdlib vilayətində kimyəvi silahdan istifadə zamanı ən azı 27 uşağın ölməsini təsdiqləyirik”, – UNİCEF-in məlumatında deyilir.
Qeyd olunur ki, insident zamanı 546 nəfər xəsarət alıb. Ölənlərin sayının artacağı gözlənilir.
Yeniçağ.Az