Suriyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.
Yenicag.az SANA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyini verdiyi məlumata görə, koronavirusa yoluxduğu təsdiq edilən qadın xəstəxanaya çatdırıldıqdan sonra keçinib.
Qeyd edək ki, koronavirusa ilk yoluxma halı 6 gün əvvəl qeydə alınan Suriyada virusun yayılmasına qarşı tədbirlər çərçivəsində ötən həftədən etibarən ciddi karantin rejimi, o cümlədən axşam saat 6-dan səhər saat 6-dək küçəyə çıxmamaq qadağası tətbiq olunub.