Suriyada miqrantların düşərgəsinə basqın: Ən azı 10 ölü, 30 yaralı

Suriyanın Hələb şəhərində yerləşən və miqrantların sığındığı Neyrab düşərgəsinə raket atılıb.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində dördü uşaq olmaqla, ən azı 10 nəfər həyatını itirib, 30 nəfər isə yaralanıb. Yaralıların bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, düşərgədə Fələstindən olan qaçqınlar məskunlaşıb.

Hadisəni kimin törətdiyi  hələ  ki məlum deyil.

COP29