Suriyada növbəti partlayış baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Kerablus şəhərində qeydə alınıb.
Bomba yüklü avtomobilin partladılması nəticəsində 13 nəfər yaralanıb. Onlardan 4-ü uşaqdır.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.