Suriyada partlayış baş verdi: Ölən və yaralılar var

Suriyanın şimal-şərqindəki El-Hasake vilayətində mina partlaması nəticəsində bir uşaq ölüb, daha bir nəfər isə yaralanıb.

Yenicag.az xəbər ki, bu barədə Suriyanın “Əl-Vatan” qəzeti məlumat yayıb.

Qeyd edilir ki, mina İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub./Trend/