Suriyada rejimin istənilən hücumu yolverilməzdir: Emmanuel Makron

Suriya hökümətinin İdlib rayonuna mümkün hərbi əməliyyat keçirməsi qəbuledilməzdir.

Yenicag.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən zirvə toplantısının mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makron  deyib.

“Müzakirələrimizin əsas hissəsi İdlibdəki vəziyyət haqqında idi. Biz açıq bəyan etdik ki, rejimin və onun tərəfdarlarının hərbi hücumu təhlükəsizlik və humanitar vəziyyət məsələlərində qəbuledilməz nəticələrə səbəb olacaq”, – deyə Makron bildirib.

COP29