Suriyada terror aktı törədildi – 40 nəfər həlak oldu, yaralananlar var – VİDEO

Suriyanın şimal-qərbindəki Afrin rayonunda yanacaq sisterninin YPG/PKK terrorçuları tərəfindən terror aktı törədilib. 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

Nazirliyin məlumatına görə, 11-i uşaq olmaqla 40 nəfərin həlak olub. Daha 47 nəfərin isə yaralandığı bildirilib.

Bildirilir ki, partlayış Afrinin inzibati mərkəzinin ən izdihamlı küçələrindən birində – Raca prospektində olub. Hadisə zamanı ətrafdakı binalara ciddi zərər dəyib, yaxınlıqda yerləşən avtomobillər yanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, ölənlərin sayının artacağı güman edilir.