Suriyada terrorçular qaz kəmərini partladıb

Hadisə Rif-Dimaşk vilayətində baş verib

Yeniçağ.Az xəbər verir ki, bu barədə “TASS” agentliyi bu ölkənin Elektroenergetika Nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, hadisə Rif-Dimaşk vilayətində, Cirud rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, “ən-Nasiriyyə” elektrostansiyasını təchiz edən qaz kəməri sıradan çıxarılıb.

Hadisə ilə əlaqədar həmçinin elektrostansiya da fəaliyyətini dayandırıb. Qaz kəmərinin hansı silahlı qruplaşma tərəfindən sıradan çıxarılması barədə məlumat verilmir. (Report)

Yeniçağ.Az