Suriyada terrorçuların komanda məntəqələri məhv edildi

Suriya ordusu İdlib əyalətində “Nüsra cəbhəsi” terror qruplaşmasının bir neçə komanda məntəqəsini məhv edib.

Yenicag.az xəbər verir ki, ordu həmçinin Həma əyalətindəki yaşayış məntəqələrində gizlənən yaraqlılara cavab atəşi açıb.

Bildirilir ki, öldürülənlər arasında “Nüsra cəbhəsi”nin səhra komandirlərindən biri olan Amin Əskər də var.

Daha əvvəl qruplaşma lideri Əbu Məhəmməd əl-Culaninin İdlibə endirilən zərbələr nəticəsində qəlbə yarası alaraq Türkiyədə xəstəxanaya yerləşdirilib./Report/