Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Suriyada Türkiyənin böyük şəhərləri üçün terror hazırlıqları görülür” - Süleyman Soylu

Reklam: High Technic

“Suriyadan Şimalı İraqa qədər olan ərazidə terror univeristetləri, akademiyaları səviyyəsində təlim mərkəzləri fəaliyyət göstərir. Məsələn, pilotsuz, havadan necə bomba atılır, bu öyrədilir. Bütün bunlar Türkiyə üçün təhlükədir”.

Yenicag.az xəbər verir ki, Türkiyə Daxili işlər naziri Süleyman Soylu CNN-Türk televiziyasının “Tərəfsiz bölgə” proqramına müsahibə verərkən bu fikirləri bildirib.

Nazirin “Türkiyənin Suriyada nə işi var” sualına cavabı belə olub: “Əgər Türkiyə Suriyada mübarizəsindən əl çəkərsə, bu, bölgədə terror dəhlizinini yaranmasına, Türkiyə üçün böyük təhlükələrə yol açar. İdlibdən Türkiyəyə doğru köçlə bərabər terror da gəlir. Suriyanın içərisində Türkiyə üçün yeni terror texnologiyaları, terror təzyiqləri yaradılır. Yəni Türkiyənin böyük şəhərlərini bir anda partladıb, 100 minlərcə insanı məhv edə biləcək hazırlıqlar görülür. Biz bu gün üç ton yarımlıq partlayıcı maddə aşkarladıq və bu cür araşdırmalarımız davam edir. Bu terror hazırlıqlarında PKK-nın da, İŞİD-in də iştirakı var. Biz indiyədək minlərcə partlayış hadisəsinin qarşısını almışıq”./APA/

Loading...

www.yenicag.az

558
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100