Suriyada xəstəxanada dəhşətli görüntülər: Dəhlizlər cəsədlərlə doludur – FOTOLAR

Türkiyə bir-birinin ardınca gələn yeraltı təkanlardan sarsılarkən, zəlzələnin böyük dağıntılara səbəb olduğu Suriyadan da dəhşətli görüntülər meydana gəlib.

Yenicag.az xəbər verir ki, “The New York Times” qəzeti Atarib bölgəsindəki xəstəxanada baş verənləri və həkimlərin çəkdiyi görüntüləri beynəlxalq ictimaiyyətlə paylaşıb.

“The New York Times” qəzetinə danışan Dr. Abdülmacid, “Bazar ertəsindən bu yana 148 nəfərin cənazəsi gətirilib. Cəsədlərin gətirilməsi davam edir. Bəzilərinin başı, bəzilərinin isə əzaları yoxdur”, – deyib.