“Suriyadakı vətəndaş müharibəsini Türkiyəyə transfer etmək istəyirlər”

1435567920_isid-ceteleriSon günlər qardaş Türkiyədə ictimai-siyasi vəziyyət gərgin həddə çatıb. Bir tərəfdən İŞİD yaraqlılarının ölkə sərhədlərinə doğru irəliləməsi və aktivləşməsi, digər tərəfdən daxildə müxtəlif silahlı qruplaşmaların çaxnaşma yaratması vəziyyətin ciddiliyindən xəbər verir. Ötən gün Suriya ilə sərhəddə Türk qırıclarının İŞİD-in hərbi obyektlərini bombardman etdi. Bəs görəsən Türkiyə ilə İŞİD genişmiqyaslı müharibə arealına daxil olacaqmı?

скачанные файлы (2)

 

Millət vəkili Fazil Mustafa genişmiqyaslı müharibənin olacağını güman etmir. Millət vəkili bildirir ki, Türkiyə İraq deyil. Dövlətin kifayət qədər gücünün olduğunu deyən Fazil Mustafa, Türkiyənin bu terrorçu təşkilatın hərəkətini dayandıracağını qeyd edib.

Millət vəkili Zahid Oruc isə düşünür ki, Suruçdakı terror aktı Yaxın Şərqdə on illərdir davam edən müharibələrin regional təhlükəsizliyə vurduğu zərbə deməkdir.

“Söhbət təkcə 32 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən dəhşətli qətlin sabitliyi ilə seçilən bir ölkədə törədilməsində getmir.Onsuz da Suriya və İraqdakı qeyri-sabitlik indi dünyanın təhlükəsiliyinə bir nömrəli təhdidlər sırasındadır və Amerika kimi güclü bir dövlətin İran siyasətini dəyişdirməsinin səbəblərindən birini də burada axtaranlar heç də səhv etmirlər”.

20150511_zahid(1)

 

Millət vəkili hesab edir ki, İŞİD-in Türkiyəni hədəfə alması heç də beynəlxalq muzdlu orudusuna söykənən və islam bayrağı ilə Xilafət qurmaq istəyən bir təşkilatın daha geniş ərazilərə sahiblənməsi planı adlandırıla bilməz.

“İndi hamıya bəllidir ki,hətta Bəşər Əsəd daxil bütün maraqlı qüvvələr həmin başkəsənlər ordusunun sıralarına özlərinin təxribat qruplarını yerləşdiriblər.Eləcə Birləşmiş Ştatların uzun illər Türkiyəni fəal hərbi əməliyyatlara qoşulmaq üçün rəsmi Ankaraya təzyiqləri də yaxın tariximizdə qalıb. Son qətliam və Türkiyə silahlı qüvvələrinin Suriya sərhədlərini keçərək bufer zona yaratmaq planı ilə f-16-lı əməliyyatlara qərar verməsi sanki Türkiyə ilə İŞİD-i toqquşdurmaq istəyənlərin işinə yaradı”.

“Digər tərəfdən Ankara uzun müddət İraq peşmərgələrinin-YPG-nin, daha dəqiqi desək,PKK-nın İŞİD-lə davasının passiv şəkildə müşahidə edərkən,həmçinin kürdlərin Qərb tərəfindən maliyyə və silah yardımı almasını seyr edərkən bu addımların bir vaxt Türkiyəni hədəfə çevirəcəyini yaxşı bilirdi. Dünən Kürd Fəhlə partiyasının Ərdoğana yönələn ittihamları regionada müharibə tərəfdarlarının açıq meydan oxuduğunu sübut edir. Məlum açılım proqramlarının dayandırıldığının elan olunması, İmralıdan idarə olunan barış sürəcinin iflasa uğradığını bildirənlər kimin diqtəsi altında hərəkət edirlər,onu təyin etmək çətin deyil.Bütün bunlar Türkiyə hökumətin formalaşmadığı və siyasi sistemdəki qeyri müəyyənliklərdən güc alan qüvvələrin də əlinə işləyir.Bir sözlə Türkiyəni böyük müharibəyə cəlb eləmək üçün çoxməchullu bir hərəkat başlayıb.Ərdoğan iqtidarı növbəti sınaq qarşsındadır. İslamçı qüvvələrlə, həmçinin kürdlərlə toqquşdurulan Türkiyənin gücünü sarsıtmaq üçün hərbi əməliyyatlara start verilib.Təəsssüf ki,itkilər Suruçdakı ölənlərə bitməyəcək”.

Kamran Ədalətoğlu

Yenicag.az