Suriyalı dünya çempionundan Ərdoğana jest – FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya çempionu, boksçu Ömər Manueli qəbul edib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, rusiyalı idmançı Aleksandr Ustinova qalib gələrək, dünya çempionu olan Ömər qazandığı kəməri Ərdoğana təqdim edib. Kəmərin üstündə isə əfsanəvi Məhəmməd Əli və Ərdoğanın şəkli olub. Suriyalı boksçu ölkəsi və həmyerliləri üçün etdiklərinə görə Türkiyə prezidentinə dərin minnətdarlığını bildirib.

Həmçinin, Ömər həyat yoldaşının türk olduğunu, Ərdoğan icazə verərsə, özünün də türk vətəndaşlığı almaq istədiyini söyləyib.

COP29