!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyalı mühacirlər Azərbaycanda (?)

!Reklam – Yazi

imagesElxan Şahinoğlu: “Suriyalı qaçqınların Azərbaycana gəlib çatacaqlarını mümkün hesab etmirəm, amma…”

Hazırda bildiyimiz kimi Suriyada getdikcə şiddətlənən vətəndaş müharibəsi fonunda bu ölkəni tərk etməyə məcbur olan qaçqınların sayı sürətlə artır. Onıar isə Türkiyə, İordaniya, Livan, Avropa ölkələri olaraq müxtəlif dövlətlərə səpələnib. Qaçqın ordusunun daha da artacağı fonunda suriyalı qaçqınların bəzilərinin Azərbaycana da gəlməsi görəsən nə dərəcədə mümkündür?

Politoloq Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında Suriyadan olan qaçqınların müəyyən bir hissəsinin Azərbaycana üz tuta biləcəklərini real hesab etmədi: “ “Suriyada neçə illərdir davam edən və bu günlərdə yenidən qızışan vətəndaş müharibəsi nəticəsində hələlik 8 milyona qədər insan ölkədən didərgin düşüb. Onlar da müxtəlif ölkələrdə sığınacaq tapmağa çalışır. 2 milyon miqrant Türkiyədə yerləşib. 1 milyon Livan və İordaniyadadır. İndi isə suriyalı qaçqınlar daha çox Avropa ölkələrinə üz tutur. Bunu da orada sosial vəziyyətin yaxşı olması ilə əlaqələndirirlər. Düşünürlər ki, Avropaya getməklə orada həm siyasi vətəndaşlıq ala bilər, həm də sosial cəhətdən təminatlı olarlar. Amma bunun da belə olacağını söyləmək çətindir. Avropa özlərinin də iddia etdiyi kimi bu qədər qaçqını qəbul edə bilməz. Bu da Avropada qaydaların sərt olması ilə bağlıdır. Halbuki Türkiyə 2 milyon qaçqını qəbul etməklə bərabər hamısını da yerləşdirib. Vətəndaş müharibəsinin yeni fazaya daxil olması ilə bu ölkədən qaçqınların sayı arta və onlar başqa istiqamətlərə yönələ də bilərlər. Bununla belə düşünmürəm ki, Suriyalı qaçqınlar Azərbaycana doğru istiqamət götürsün. Azərbaycana gəlmək üçün Türkiyə və İran üzərindən keçməlidirlər. İran isə bildiyimiz kimi Əsəd rejimini dəstəkləyir. Qaçqınların çoxu isə Əsədə müxalif olan insanlardan ibarətdir. Bu səbəbdən də qaçqınların Azərbaycana gəlib çatacaqlarını mümkün hesab etmirəm. Vaxtilə Əfqanıstandan da müəyyən qaçqınlar gəlib Azərbaycana sığınmışdı. Amma onların da sayı 100 nəfəri belə keçmirdi. Suriyada soy kökümüz bir olan türkmənlər yaşayır. Onları bir hissəsini isə qəbul edə bilərik. Onların bir qismi Azərbaycanda siyasi sığınacaq almaq istəsə, bu müraciətlərə müsbət cavab vermək olar”.

 

ELÇİN

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv