Suriyalı nümayəndə Rusiyanı haqlı çıxardı

sam-rusya-suriye-topraklarinda-isid-e-7700984_x_9519_oSuriyanı BMT-də təmsil edən Beşar Cəfəri Rusiyanın Suriya ərazisində İŞİD-ə qarşı hər hansı əməliyyat keçirməsinin hüququ olduğunu söyləyib.

Yenicag.az xəbər verir ki,  jurnalistlərin suallarını cavablandıran Cəfəri “ABŞ təyyarələri İŞİD-i bombaladığı halda, nə üçün Rusiya bunu etməsin? Axı hər birimiz düşmənlə mübarizə aparırıq” – deyə cavab verib.

Beşar Cəfəri etiraf edib ki, Rusiya, Suriya hökumətinə hələ 5 və 7 il əvvəlki razılaşmalar əsasında silah göndərir.