Suriyalılar Azərbaycana qanunsuz keçmək istədi

104920_res_01Gürcüstanın sərhəd polisinin əməkdaşları Gürcüstan-Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiklərinə görə Suriyanın üç vətəndaşını saxlayıb.

“İstintaq müəyyən edib ki, saxlanılan şəxslər sərhəd keçid məntəqəsindən yan keçməklə Gürcüstan sərhədini Azərbaycan respublikası istiqamətinə qanunsuz keçməyə cəhd ediblər”, – Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.

Gürcüstan sərhədini qrup şəklində qanunsuz keçməyə cəhd faktı üzrə istintaqı sərhəd polisinin Baş istintaq-əməliyyat idarəsi aparır.

Suriyalıları dörd ildən beş ilədək həbs gözləyir.