İstanbulda yaşayan suriyalılar “Barış Pınarı” Hərəkatı üçün toplanıb.
Yenicag.az xəbər verir ki, aksiya iştirakçıları Sarahçane parkında bir araya gəlib.
Suriyalılar “Qanımız da canımız da birdir”, “Allah Türkiyə ordusa kömək olsun”, “Sisi və Zayed xaindir”, “terrorun kökünü qazıyacaq əməliyyatı dəstəkləyirik” şəklində pankartlar açıb.
“Çanakkale” zəfərində də bir olduqlarını qeyd edən aksiyaçılar, bu gün də Türk ordusu ilə bərabər olduqlarını qeyd edib.
“Biz terrorun qarşısındayıq deyərkən, kürd qardaşlarımızı nəzərdə tutmuruq. Çünki onlar da bizim kimi terrora qarşıdırlar. Hədəfimiz irqindən asılı olmadan terroru məhv etməkdir. Terror yox ediləcək. Əsəd də oturduğu qoltuqdan endiriləcəkdir” deyə, aksiya rəhbərlərindən Fadil adlı şəxs söyləyib.
Digər aksiya rəhbəri Əhməd əl-Əyyam da yazdığı şeiri oxuyaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyə ordusu və millətinə təşəkkür edib.
Həşim Səhrablı