!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyalılar yenə öz aralarında dil tapa bilmədilər - Konstitusiya Komitəsi toplanmadan dağıldı

!Reklam – Yazi

Suriyada keçid konstitusiyasını hazırlayacaq hökumət, müxalifət və müstəqil heyətləri təmsil edən 45 nəfərlik konstitusiya yazacaq qrupun toplantısı baş tutmayıb. Daha dəqiqi, Cenevrədə iclas salonuna gəlməmişədən heyətlər arası görüş pozulub.

Yenicag.az-ın məlumatına görə, BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Geir O. Pedersen bildirib ki, ümumi toplantının baş tutmamasının səbəbi heyətlərin əsas gündəm maddələri ilə bağlı anlaşma əldə edə bilməməsi olub.

Suriyada keçid dövrünü həyata keçirəcək Konstitusiya Komisisyası bu ayın əvvəlində Cenevrədə toplanıb. İqtidar, müxalifət və vətəndaş cəmiyyətinin hər birindən 50 nəfər olmaqla 150 nəfərlik heyət ölkədə sülhü və siyasi keçidi razılaşdırmalıdır. Eyni zamanda hər qrupdan 15 nəfər olmaqla Konstitusiya yazacaq qrup yaradılıb. Bu qrup isə ölkənin yeni konstitusiyasını hazırlamalıdır.

Lakin müşahidələrə əsasən Suriyada davamlı sülh və siyasi keçid üçün ilk növbədə böyük güclərin, Rusiya və ABŞ-ın dil tapması və ya ən azı razılıq verməsi lazımdır. Hazırda isə bu, yoxdur.

COP29

www.yenicag.az

2063
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv