!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyalılardan “Bahar Qalxanı” əməliyyatına DƏSTƏK - AKSİYA/VİDEO

!Reklam – Yazi

Suriyanın İdlib şəhəri ilə “Fərat Qalxanı” hərəkatı bölgəsindəki mülki vətəndaşlar Türkiyənin başlatdığı “Bahar Qalxanı” əməliyyatına dəstək vermək məqsədilə aksiya keçiriblər.

Yenicag.az xəbər verir ki, “Fərat Qalxanı” əməliyyatının keçirildiyi Ahtarində yaşayan insanlar aksiya zamanı rejimə etiraz edib. Türkiyəyə dəstək şüarları səsləndirən xalq şəhidlər üçün də dua edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana sevgilərini nümayiş etdirən qrup dəstək mesajları yazılan plakatlar qaldırıb.

Ölkənin şimal-qərbindəki İdlib şəhər mərkəzi və mərkəzə bağlı Sermeda bölgəsi, Bennis qəsəbəsi, Kefer Taharim, Atme, Dana, Hazzno və Killi kəndləri, həmçinin “Fərat Qalxanı” əməliyyatı ilə terrordan təmizlənmiş bölgədəki mülki vətəndaşlar əllərində Türkiyə və Suriya “inqilab” bayraqları ilə toplaşıblar.

Rejim əleyhinə şüarlar səsləndirən qrup Astana və Soçi razılaşmalarının şərtlərinə uyğun olaraq İdlibdə olan Türkiyəyə şəhidlər verməsi səbəbilə başsağlığı diləyərək? Türk Silahlı Qüvvələrinin başlatdığı “Bahar Qalxanı” əməliyyatını dəstəklədiklərini bildiriblər./Bakı-xeber.com/

www.yenicag.az

741
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv