İstanbulda suriyalılarla yerli sakinlər arasında gərginlik olub.
Yenicag.az musvat-a istinadən xəbər verir ki, səbəbi bilinməyən mübahisə suriyalıların sıx yaşadığı Göyərçintəpə məhəlləsində baş verib. Mübahisə daha sonra daşlı-zopalı kütləvi davaya çevrilib.
Suriyalıların yaşadığı ikimərtəbəli bina məhəllə sakinləri tərəfindən yandırılıb. Yanğın hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən söndürülüb. Polisin müdaxiləsindən sonra dava bitib.
Məhəllədə təhlükəsizlik tədbirləri gücləndirilib.