Suriyaya getmək istəyən 14 nəfər tutuldu

5e30dd4c6230fcc2d9854ffac781c2eeİŞİD terrorçuları Türkiyəyə yaralı daşıyan maşın karvanına hücum edib

Bu gecə Türkiyənin Kilis şəhər polisi və terrorla mübarizə idarəsinin Əlibəyli kəndində apardığı əməliyyat nəticəsində İŞİD-ə qoşulmaq üçün Suriyaya getmək istəyən 14 nəfər tutulub. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədlinin Suriya sərhədindən verdiyi xəbərə görə, tutulanlardan üçü cənubi Koreyalı , ikisi Britaniya, ikisi isə Rusiya vətəndaşıdır.

İŞİD terrorçuları Suriyanın Tel-rifak qəsəbəsindən Türkiyəyə yaralı daşıyan maşın karvanına hücum edib. Nəticədə 6 yaralı öldürülüb. Dörd yaralı isə Kilis dövlət xəstəxanasına çatdırılıb.

Türkiyənin sərhədindən bir neçə kilometr aralıda yerləşən Azez şəhərində İŞİD və Azad Suriya Ordusu arasında şiddətli döyüşlər gedir: “Atışma və top səsləri bizim dayandığımız yerdən aydın eşidilir. Əgər İŞİD Azezi ələ keçirsə, birbaşa Türkiyə sərhədlərinə dirənəcək”, – deyə əməkdaşımız bildirib.