“Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyədən vətənlərinə qayıdan vətəndaşların sayı kəskin şəkildə artıb”.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, hazırda Türkiyədə 2 milyon 920 mindən çox suriyalı qaçqın yaşayır və hakimiyyət dəyişikliyindən sonra geri dönüş nisbəti 7 dəfə artıb.
“Əgər noyabrın 25-dən dekabrın 8-dək Suriyaya 3.433 suriyalı könüllü olaraq qayıdıbsa, dekabrın 9-dan dekabrın 23-dək bu rəqəm 23.440 olub”, – nazir qeyd edib.
Geri qayıdanların yarıdan çoxu sərhədi Hatay vilayətində yerləşən “Cilvəgözü” keçid məntəqəsindən keçir. Suriyalıların geri qayıdışı üçün 6 keçid məntəqəsi fəaliyyət göstərir.