“Əgər proses proqnozlaşdırıldığı kimi gedərsə, vurğulanan iqtisadi böyümə baş verə və vergi gəlirlərində artım müşahidə oluna bilər”.
Bu fikirləri gələn ilin dövlət büdcəsi layihəsinin xərc və gəlirlər üzrə proqnozlarını dəyərləndirən iqtisadçı Elşən Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, əgər iqtisadi artım varsa, bu, digər iqtisadi göstəricilərdə də özünü göstərməli, əhalinin pensiya və müavinətlərində də artımlar olmalıdır:
“Hökumətin proqnozlarına əsaslanaraq, növbəti il üçün bunu deyə bilərik ki, iqtisadi artım səviyyəsi bu illə müqayisədə kifayət qədər yüksək gözlənilir. Burada qeyri-neft sektorunun inkişafı və neftin dünya bazarlarındakı qiymətinin də rolu var.
Əgər iqtisadi artım yaranırsa, bu, digər iqtisadi göstəricilərə də təsir etməli, eləcə də əhalinin pensiya və müavinətlərində artımlar baş verməlidir. Müvafiq olaraq, dövlət büdcəsində kifayət qədər normal səviyyədə artımlar müşahidə edilir.
Növbəti il üçün büdcə layihəsinin gəlirlər və xərclər hissəsində nəsə bir sürpriz gözlənilmir. Əgər proses proqnozlaşdırıldığı kimi gedərsə, vurğulanan iqtisadi böyümə baş verə və vergi gəlirlərində artım müşahidə oluna bilər”.
Yusif Səmədzadə