Tehranda aksiya zamanı sürücü avtobusla bir qrup polisi əzib.
Yenicag.az xəbər verir ki, hadisə polis məntəqəsi yaxınlığında sufi cəmiyyəti nümayəndələrinin keçirtdiyi etiraz aksiyasında baş verib. Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb. Avtobus sürücüsü saxlanılıb.
Məlumata görə, aksiya keçirənlər sufi cəmiyyətinin həbs olunan nümayəndəsinin azad olunmasını tələb ediblər.