Sürücü avtomobilini park edilmiş maşına çırpdı: Ölən var

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, aprelin 20-də saat 18 radələrində Quba rayonunun Pirvahid kəndi ərazisində kənd sakini X.Allahverdiyev idarə etdiyi VAZ-2106 markalı avtomobili yolun kənarında dayanmış “Toyota” markalı avtomobilə vurub. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.