Sürücü “Cip”lə yaşlı qadını 3 dəfə əzdi – VİDEO

Yakutiyada tükürpədən yol-nəqliyyat hadisəsinin videogörüntüsü yayılıb.

Yenicag.az bildirir ki, sürücü qar maneəsi zənn edərək 78 yaşlı qadının üzərindən 3 dəfə keçib və nəticədə qadın ciddi onurğa travması alıb.

Qanun keşikçiləri tərəfindən “Toyota Harrier” yolsuzluq avtomobilinin sürücüsü həbs edilib.

Zaur H.

Sözügedən videogörüntüləri təqdim edirik: