Sürücü dayanacaqda ana və üç uşağını vurub

8126662552e1b3c6a49ef6de8d2b1455Ötən gün Rusiyanın Omsk şəhərində azərbaycanlı sürücü ana və üç uşağını dayanacaqda avtomobillə vurub.

Qəza nəticəsində 6 yaşlı uşaq ölüb, 34 yaşlı qadın və onun 1 və 3 yaşlarında iki övladı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb.

Hadisədən az sonra qəzanın törədildiyi “Nissan-Tiida” markalı avtomobil yaşayış binalarından birinin qarşısında aşkar edilib. Qəzanı törədən sürücünün 53 yaşlı azərbaycanlı Qorçuyev Ələddin İsrail oğlu olduğu məlum olub. O bu gün səhər saatlarında saxlanılıb.