Sürücü ilə kobud davranan yol polisi işdən çıxarıldı – FOTO

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.

Mövzu ilə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev Report-a bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.