!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücü qadın ölümünü canlı yayımladı - Video+18

!Reklam – Yazi

Dünən səhər saatlarında Tatarıstanda baş vermiş dəhşətli yol qəzası canlı yayımda sosial şəbəkələrdə yayılıb.

Virtualaz.org xəbər verir ki, respublikanın Zelenodolsk rayonunun ərazisində Raifa-Kulbaş avtomobil yolunun 11-ci kilometrində “Daewoo Matiz” avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində avtobusda olan 5 sərnişin, o cümlədən 7 yaşlı uşaq xəsarət alıb.

Qəzanın yeganə qurbanı “Matiz”in sürücüsü – gənc qadın olub. Maraqlıdır ki, qəza canlı yayımda yayımlanıb və yayımın müəllifi… həlak olan qız olub.

O, avtomobilin videoregistratoru ilə özünü çəkib və hətta ona tamaşa edən şəbəkə istifadəçilərini salamlayıb. Qəza ani baş verdiyindən, sürücü qızın əhvalındakı dəyişikliyi də videoda görmək mümkün deyil.

Yeniçağ.az

www.yenicag.az

738
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv