Sosial şəbəkələrdə yayılmış video marağa səbəb olub. Görüntülərin Rusiyda çəkildiyi ehtimal edilir.
Belə ki, avtomobillə hərəkət edən sürücünü yol patrul xidmətinin əməkdaşı saxlayır. Sürücü isə “silah” çıxardaraq gün ərzində yorulduğunu və intihar edəcəyini deyərək “tapançanı” öz ağzına dayayır. Bundan qorxuya düşən yol polisi sürücünü dayandırmağa çalışır. Lakin sürücü ağzına dayadığı “tapançanı” yeyir. Məlum olur ki, “silah” əslində şokalad imiş.
Sürücünün avtomobildən düşməsini tələb edən yol polisi ondan hər ehtimala qarşı “silahı” kənara qoymağı xahiş edir.
Avtosfer.az sözügedən videonu təqdim edir: