Sürücü yük maşınını insanların üzərinə sürdü – 7 yaralı

İspaniyada sürücü yük maşınını insanların üzərinə sürüb.

Yenicag.az xəbər verir ki, hadisə Barselona şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. İnsident nəticəsində azı 7 nəfər xəsarət alıb.

İnsanları vuran yük maşını sonda ağaca çırpılaraq dayanıb. Xəsarət alanların arasında sürücünün özü də var.

Aparılan ilkin araşdırmalar nəticəsində məlum olub ki, sürücü bu qəzanı istəməyərək törədib. Belə ki, maşının əyləc sistemi sıradan çıxdığından o, idarəetməni itirib.