Sürücü yük maşınını polislərin üstünə sürdü – VİDEO

İranda yük maşını sürücüsü onu saxlamağa çalışan polis əməkdaşlarını vurub.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Şuş-Əndimeşk şəhərlərini birləşdirən avtomobil yolunda yük maşınının sürücüsü polis qüvvələrinin avtomobilini vurub, polislərdən birinin üzərindən keçib.