Türkiyədə bir sürücünün etdiyi hərəkət ona baha başa gəlib.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Ankara istiqamətində hərəkət edən avtomobilin sürücüsü sükanı çıxararaq yolun sol tərəfindəki mikroavtobusdakı şəxslərə verib.
O anları videoya çəkən sürücü daha sonra avtomobili sükansız idarə edib.
Görüntülər yayıldıqdan sonra şəxsiyyəti müəyyənləşdirilən sürücü saxlanılıb. Məhkəmə onu cərimələyib sürücülük hüququ 3 ay müddətinə əlindın alınıb.